"Bir müddət əvvəl maskalı şəxslər Samvel Şahramanyanın ictimai əsaslarla işləyən mühafizəçisi Aşot Danelyanı mülki avtomobildə saxlayıb, əl-qolunu qandallayıb şəxsi avtomobili ilə naməlum istiqamətə aparıblar".
Publika.az xəbər verir ki, bunu “Hraparak” a müsahibəsində onun vəkili Roman Yeritsyan bildirib.
O deyib ki, internetdə Samvel Şahramanyana qarşı sözügedən hərəkətlərin həyata keçirildiyi barədə məlumatlar həqiqətə uyğun deyil.
“Bu gün İrəvanın mərkəzində maskalı asayiş keşikçiləri tərəfindən həyata keçirilən açıq-aşkar qanunsuz hərəkətlər daha bir şəxsə qarşı yönəlib, yaxın vaxtlarda onun haqqında müvafiq açıqlama verəcəyik”, - o deyib.
Hüseyn İbadlı