Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Qeyd olunub ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 0.8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.