Türkiyənin Sakarya şəhərinin Hendek rayonundakı fabrikdə partlayış olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.
Məlumata görə, makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.
Hadisə nəticəsində 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.