30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Kriminal aləmdə "bir nömrəli qanuni oğru” - Şişkana bu cəza verildi

10 iyn 2024 12:00
GÜNDƏM
ads

Rusiya Hərbi Məhkəmə "Şişkan" kimi tanınan "qanuni oğru" Oleq Medvedevi (Şişkanov) ömürlük həbs cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Proses Moskva Şəhər Məhkəməsinin ən böyük salonlarından birində fərqli formatda keçirilib. Şişkan cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Bundan əlavə, ona beş milyon rubl cərimə cəzası da verilib.

Xatırladaq ki, məhkum 2019-cu il iyulun 15-də saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda, habelə Ramenskinin deputatı Tatyana Sidorovanın və onun ailəsinin üç üzvünün oğurlanmasında və qətlində iştirakda ittiham olunurdu.

Qeyd edək ki, 16 may 2024-cü ildə məhkəmə Medvedevi bütün ittihamlar üzrə təqsirli bilib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, kriminal aləmdə bu adamı “bir nömrəli qanuni oğru” adlandırırlar.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur