Litvanın müdafiə naziri Arvidas Anuşauskas istefa ərizəsini Baş nazir İnqrida Şimoniteyə təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri Prezident Gitanas Nausedaya şənbə günü əvvəlcədən planlaşdırılmamış görüş üçün müraciət edib.
KİV-lərin iddiasına görə, Anuşauskasun vəzifəsini tərk etməsinin səbəbi Şimonite ilə arasında olan fikir ayrılığıdır. Ancaq nazirlər arasındakı anlaşmazlığın hansı səbəbdən yarandığı bilinmir.