Şəkidə bir-neçə ticarət obyektinin olduğu inzibati binada yanğın olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saatlarında Şəki şəhəri H. Əliyev prospektində baş verib.
İkimərtəbəli inzibati binanın birinci mərtəbəsində Şəki şəhər sakini, Rahim Baba oğlu Cəlilova məxsus ümumi sahəsi 12 kvadratmetr olan köşkdə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində köşkün yanar konstruksiyaları içərisində olan su aparatı və kondisener yanıb.
Yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az