"İri sahibkarlar arasında qadınlar azdı"- Vüqar Bayramov
Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır.
QÜTB.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaaşının az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi əmsal tətbiq edilsin", - deyə o qeyd edib.