Bruney Sultanının 32 yaşlı oğlu şahzadə Abdul Mətinin 10 gün davam edən təntənəli toy silsiləsi başa çatıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə 32 yaşlı Anişa Rosnah İsa Kalebiclə ailə qurub.
Gənc cütlüyün toyu 10 gün 10 gecə davam edib.
İctimaiyyətin böyük marağına səbəb olan toy 1788 otaq, 257 vanna otağı və 200 polo atı üçün kondisionerli tövləsi olan və dünyanın ən böyük saraylarından biri sayılan sultanlıq sarayında baş tutub. Toy mərasimindən sonra gənc cütlük paytaxt Bandar Seri Beqavan küçələrində onları gözləyən minlərlə insanı salamlamağa çıxıb.
Toyda Butan, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan kral ailələrinin üzvləri, eləcə də müxtəlif ölkələrin liderləri iştirak ediblər. 25 milyon dollara başa gələn toy zamanı ölkədə həyat sözün əsl mənasında dayanıb.