Avropa İttifaqı ölkələri 2024-cü ildə Kiyevə 21 milyard avrodan çox hərbi yardım göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı deyib.
O bildirib ki, bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır:
"Bu rəqəm qismən məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər. Avropa Komissiyası Ukraynaya dəstək proqramı çərçivəsində ilk ödənişi ayın sonuna qədər 4,5 milyard avro, növbəti ödəniş isə apreldə 1,5 milyard avro həcmində verəcək”.