29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Netanyahu Fransada həbs olunacaq? – Makron söz verdi ki…

29 noy 2024 18:00
DÜNYA
ads
Advertisement

Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxardığı ekstradisiya qərarını yerinə yetirməməyə razılaşıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, sərəncam verildikdən dərhal sonra Fransa prezidenti Netanyahuya zəng edərək bəyan edib ki, Paris BCM-yə hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borcludur.

Bundan əlavə, həmsöhbətlər Livanda atəşkəslə bağlı vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, onlar Parisin İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən BMT Təhlükəsizlik Şurasının 1701 saylı monitorinq komitəsində mühüm rol oynayacağına razılaşıblar.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin göstərişinə baxmayaraq Netanyahunun Fransada həbs olunmayacağını açıqlamışdı.

Xatırladaq ki, dünən səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib. Tərəflərin razılığı ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası üçün ABŞ, Fransa və Böyük Britaniyanın da daxil olduğu monitorinq komissiyası yaradılacaq.

Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi 8 oktyabr 2023-cü ildən 2024-cü il mayın 20-dək Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək iddiası ilə Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur