Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.
Publika.az Report-a istinadən xəbər verir ki, "Lexsus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - 1955-ci il təvvəlüdlü Khulordava Malkhaz və 1956-ci il təvvəlüdlü Todua Yalidir.
Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.