"Ukrayna gələcəkdə Şimali Atlantika Alyansına qoşulacaq".
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
“Ukraynanın gələcəyi NATO-da. NATO-ya üzv olacaq. Biz bunu aydınlaşdırdıq”, - Miller bildirib.
Miller bunun nə vaxt və hansı şəraitdə baş verəcəyini vurğulamayb.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, o, NATO-ya üzv ölkələr arasında yaxın gələcəkdə təşkilatın sıralarına yeni ölkələri qəbul etmək istəyi və hazırlıq əlaməti görmür.
Hüseyn İbadlı