İspaniyalı motosiklet yarışçısı Xavyer Alvares “Moto3” üzrə La Bañesa Qran Prisinin məşqi zamanı qəza nəticəsində dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Xavyer döngələrin birində idarəetməni itirərək qoruyucu hasara çırpılıb. Həkimlər idmançını xilas etməyə çalışsalar da, istəklərinə nail ola bilməyiblər. İdmançını həyatda saxlamaq mümkün olmayıb.
Alvaresin ölümünə baxmayaraq, yerdə qalan sürücülərlə məsləhətləşdikdən sonra təşkilatçılar Qran Prini davam etdirmək qərarına gəliblər.
47 yaşlı motosikletçinin komandası ailəsinə və yaxınlarına başsağlığı verib.
“Xavier sadəcə bir yarışçı deyildi, o, “MMG Racing”i həmişə ürəyində daşıyan yaxın dost, ehtiraslı və sadiq insan idi”, – deyə başsağlığı bəyanatında qeyd edilib.