Rusiya xüsusi təyinatlılarının Volqoqrad vilayətindəki 19 saylı koloniyada uğurla həyata keçirdiyi əməliyyat nəticəsində radikallar məhv edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlıların snayperləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, həbsxana əməkdaşlarını girov götürən dörd məhbus zərərsizləşdirilib. Yarım saat davam edən əməliyyat başa çatıb, terrorçular öldürülüb, girovlar isə azad edilib.
Xatırladaq ki, avqustun 23-də günortadan sonra Volqoqrad vilayətinin Surovikino şəhərindəki 19 saylı islah koloniyasında bir neçə nəfər girov götürülüb . Bu, intizam komissiyasının iclası zamanı baş verib.