04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Öz həyətini yandıran kənd sakini saxlanıldı

22 iyl 2023 08:00
HADİSƏ
ads
Advertisement

19 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Anar Rafiq oğlu Şirinov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur