29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

DİN əməliyyat keçirdi: saxlanılanlar var

26 iyl 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

Bu barədə Publika.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.

İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
M.Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur