Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.
Milli.Az APA-ya istinadən bildirir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.
Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.
O, aldığı güllə yarasından yerindəcə keçinib.
Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.
Milli.Az