İrəvanda mehmanxana kompleksində Rusiya vətəndaşının meyiti tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “Shamshyan.com” cinayət xronikası saytı məlumat yayıb.
Yanvarın 15-də saat 16:30-da “Kartez” restoran kompleksində kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gələn polis otaqlardan birində çarpayıda təxminən 40 yaşlı kişi meyitini aşkar edib.
Məhkəmə-tibbi ekspertizasının ilkin müayinəsi zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Ekspertiza təyin edilib. Nəşrin məlumatına görə, ölən şəxs Rusiya vətəndaşıdır.