ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) enerji və humanitar məqsədləri dəstəkləmək üçün Ukraynaya 1 milyard dollar köçürəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.
Bildirilir ki, 825 milyon dollar Ukraynanın enerji sektorunun qışa hazırlanmasına, 275 milyon dollar isə humanitar yardıma yönəldiləcək. Döyüşlərdən zərər çəkmiş ukraynalıların beşillik reabilitasiya proqramına isə 18 milyon dollar ayrılıb.