“Putin bildirib ki, Rusiya heç bir halda NATO ölkələrinə hücum etmək fikrində deyil. Bununla bağlı bir çox nəşrlər yalan yazdı, bunlar Qərb ölkələrinin cəmiyyətini aldatmaq cəhdidir. Rusiya ancaq Qərb dövlətləri Rusiyaya hücum edəcəyi təqdirdə cavab verə bilər”.
Publika.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
“Ən real yol isə odur ki, əgər F-16 təyyarələri Rusiyaya qarşı müharibə üçün NATO-ya üzv ölkələrin aerodromlarından uçursa, o zaman Rusiya harada olmasından asılı olmayaraq bu aerodromlara zərbələr endirəcək.
Bu, Putindən NATO ölkələrinə açıq xəbərdarlıqdır: Ukrayna Silahlı Qüvvələrinin döyüş əməliyyatları üçün aerodromlarınızdan imtina etsəniz, biz zərbə endirəcəyik.
Problem ondadır ki, görünür, hazırda Ukraynada uçuş-enmə zolağı baxımından F-16-lar üçün aerodromlar yoxdur. Buna görə də NATO Ukraynaya məxsus F-16 qırıcılarının Polşa və Rumıniyadakı aerodromlarda istehsal edilməsini nəzərdən keçirir. Putin onlara xəbərdarlıq edir - onda biz zərbə vuracağıq”, - Markov qeyd edib.
Akqabay