İyulun 1-də Ermənistanın baş nazirinin himayəsi altında hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən ordu oyunları başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə atıcılıq, kvadratlon, kross və estafet yarışları keçiriləcək.
Oyunlarda müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin və digər idarələrin komandaları iştirak edir.