Xalq artisti Ofeliya Sənani vəsiyyətini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, tanınmış diktor bu barədə Moderator.az-a açıqlamasında danışıb. O bildirib ki, Fəxri xiyabanda yox, həyat yoldaşının yanında dəfn olunmaq istəyir:
"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda? Elə şey olar? Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi".
Qeyd edək ki, ötən ay infarkt keçirən Ofeliya Sənani hazırda müalicə alır.