Braziliyada baş verən təyyarə qəzasında heç kim sağ qalmayıb.
QÜTB.AZ xəbər verir ki, bunu Vinhedo bölgəsinin rəsmiləri açıqlayıblar.
Qeyd edək ki, təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.
***
Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinhedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
QÜTB.AZ xəbər verir ki, hadisə ATR 72 model təyyarə Kaskaveldən Quarulosa uçarkən baş verib.
Qəzanın səbəbi bilinmir.
Ölənlər və ya xəsarət alanlar haqqında məlumat verilməyib.