29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsrail Dəməşqi vurdu

20 yan 2024 10:00
GÜNDƏM
ads

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bir üzvü İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə Suriya tərəfdarı regional assosiasiyadan olan mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb .

Bundan əvvəl Suriya dövlət agentliyi SANA məlumat vermişdi ki, İsrail Suriyanın paytaxtı Dəməşqin Əl-Mezza bölgəsində yaşayış binasını vurub.

"İsrailin şənbə günü Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvü həlak olub, digərləri isə yaralanıb", - mənbə agentliyə bildirib.

Onun sözlərinə görə, çoxmərtəbəli binadan Suriya hökumətinə dəstək verən iranlı məsləhətçilər istifadə ediblər. Zərbə nəticəsində onun tamamilə dağıldığı qeyd edilir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur