32 yaşlı müğənni və aktrisa Selena Qomez “W Magazine” jurnalının yeni sayının üz qabığı üçün poza verib.
QÜTB.AZ xəbər verir ki, nəşr fotonu “Istagram”da paylaşıb.
Selena üzərində çəhrayı atlaz büstqalter, qara qısa tuman, tayt və qara palto ilə kamera qarşısına keçib.
Müğənni görünüşünü qəhvəyi kəmər və qızıl boyunbağı ilə tamamlayıb.
Xatırladaq ki, bu yaxınlarda Selena Qomez öz “Instagram” hesabından musiqi prodüseri Benni Blanko ilə nişanlandığını elan etmişdi.
Roza