01.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı

31 may 2025 14:00
HADİSƏ
ads

Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Qutb.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur