19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

İsmayıllıda yol qəzasında xəsarət alanın kimliyi məlum oldu

21 yan 2024 16:00
HADİSƏ
ads

İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

Publika.az xəbər verir ki, hadisədə xəsarət alan Ağsu rayon Padar kənd sakini 1996-cı il təvəllüdlü Atamalızadə Elşən Seymur oğludur.

O, əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

xxx

17:56

İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur