Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın yeni “Hwasong-19” qitələrarası ballistik raket buraxılışına cavab olaraq Koreya yarımadasından cənubda birgə hərbi hava təlimlərinə başlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hər üç ölkədən qırıcıların və “B-1B” bombardmançı təyyarələrinin cəlb olunduğu təlim zamanı şərti hədəflərə hücum ssenariləri icra edilib.