Xalq artisti Simarə İmanova oğlu Məhəmmədi hərbi xidmətə yola salıb.
Publika.az axşam.az-a istinadən bildirir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, oğlunu əsgərliyə yola salıb.
"Canım oğlum, yolunu gözləyirik. Sağ-salamat gəl! Allah əsgərlərimizi, ordumuzu qorusun" deyə, S.İmanova vurğulayıb.
Qeyd edək ki, ifaçı bir neçə müddət əvvəl oğluna toy etmişdi.