06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şimali Koreyadan ABŞ-a sərt reaksiya: Təxribatlara dözməyəcəyik

03 fev 2025 17:00
DÜNYA
ads

Şimali Koreya ABŞ-ın dövlət katibi Marko Rubionun “yaramaz dövlət” ifadəsinə görə sərt reaksiya verib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Rubionun bəyanatları "ciddi siyasi təxribat" kimi qiymətləndirilib və bu ifadənin suveren dövlətin imicinə xələl gətirmək məqsədi daşıdığı vurğulanıb.

“ABŞ-ın xarici siyasətinə cavabdeh olan şəxsin düşməncəsinə sözləri və hərəkətləri ABŞ-ın Şimali Koreyaya qarşı dəyişməz düşmənçilik siyasətini bir daha təsdiqlədi. Biz Şimali Koreyaya qarşı həmişə düşmən mövqedə olan və bundan sonra da olacaq ABŞ-ın heç bir təxribatına dözməyəcəyik. Həmişə olduğu kimi bu dəfə də sərt əks addım atacağıq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Marko Rubio Şimali Koreya və İranı “xarici siyasət qərarları verərkən diqqət edilməli olan yaramaz dövlətlər” kimi qələmə verib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
143 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur