04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama

21 fev 2024 08:00
HADİSƏ
ads
Advertisement

Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Publika.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu məsələyə rəsmi münasibət bildirib.

“Bizdə Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur”, - Ermənistan Baş Prokurorluğundan “Sputnik Ermənistan”-a açıqlamada deyilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır və vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib. Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir. İddia olunur ki, Zeynallı 2020-ci ilin yayında sosial media paylaşımlarında Rusiyada yaşan azərbaycanlılara erməniləri öldürmələri ilə bağlı müraciət edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur