Gürcüstan Daxili İşlər Nazirliyi paytaxt Tbilisidə və regionlarda xüsusi əməliyyat keçirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb. 9 nəfər saxlanılıb. Onları 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.