03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ağadadaş Ağayevin qulağına nə olub? - 3-4 gün əvvəl...

24 iyl 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Xalq artisti Ağadadaş Ağayevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Ötən gün "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir.

Görüntülərdə Xalq artistinin qulağındakı zədə nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Hətta məlum insidentin bu zədə üzündən baş verdiyi iddia olunur.

Publika.az xəbər verir ki, "Yeni Sabah" bununla bağlı məlumatlar əldə edib. Müğənninin yaxın qohumlarından biri açıqlamasında Ağadadaş Ağayevin xəstəliyinin son vaxtlar şiddətləndiyini bildirib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, xanəndə stres və dərin sarsıntı keçirir. Bu isə onun tez-tez yaxın ətrafı, ailə üzvləri və dostları ilə münaqişəyə girməsinə səbəb olur.

Qohumunun dediyinə görə, belə xoşagəlməz hallardan biri də 3-4 gün əvvəl evdə baş verib və nəticədə Ağadadaş Ağayev qulağından yüngül xəsarət alıb.

Müğənninin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, yaxın ətrafının son günlər onunla daha ehtiyatlı davrandığı deyilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur