Avropa Birliyinin "Aspides" adlı missiyası üçün Qırmızı dənizə göndərilən Yunanıstana məxsus hərbi gəmi 2 PUA-ya atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Qərargahının rəsmisi bildirib.
O deyib ki, Qırmızı dənizdə xidmət edən Yunanıstana məxsus hərbi gəmi iki pilotsuz uçuş aparatını atəşə tutub və onları zərərsizləşdirib.
"Aspides" missiyası İsrailin Qəzzada apardığı müharibəyə cavab olaraq Yəmən Husi milislərinin dron və raket hücumlarından qorunmasına kömək etmək üçün fevral ayında işə salınıb.
Yunanıstanın “Kathimerini” qəzeti hadisənin səhər saatlarında baş verdiyini və döyüş gəmisinin 127 mm-lik silahdan iki İHA-ya atəş açdığını yazıb.
Roza