02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Şahzadədən azarkeşi olduğu komandaya jest

04 okt 2024 14:00
İDMAN
ads

Böyük Britaniya taxt-tacının varisi olan şahzadə Uilyam uzun illər "Aston Villa"nın pərəstişkarı olub.

QÜTB.AZ xəbər verir ki, o, Çempionlar Liqasında ilk ev oyunu ərəfəsində sevimli futbol komandasına baş çəkib. Şahzadə ilə görüş Birmingem təmsilçisinə düşərli olub. Komanda "Bayern"i 1:0 hesabı ilə məğlub edib.

Şahdzadə Uilyam komandaya 1982-ci ildə Avropa kubokunu qazandıran əfsanələri 42 ildən sonra bir araya gətirib və bununla bağlı sosial şəbəkələrdə paylaşım edib: “Biz hamımız yeni Avropa macərasına hazırıq”.

Uilyam "Aston Villa"nı təsadüfən dəstəkləməyə başladığını söyləyib. Gələcək kralın dediyinə görə, bütün dostları “Mançester Yunayted”i və digər məşhur komandaların fanatıdır. Şahzadə fərqlənmək və daha az populyar və uğurlu klubu diqqətdə saxlamaq istəyib.

Qeyd edək ki, şahdzadə "Bayern" ilə görüşü dostları ilə birlikdə canlı izləyib və komandanın qələbəsini çılğın şəkildə qeyd edib.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur