Gəncədə idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sükan arxasında olan Göygöl rayon sakini, 25 yaşlı R.Cəfərov şəhər ərazisində hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobili aşırıb.
Qəza nəticəsində 21 yaşlı sərnişin Teymur Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az