Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb.
QÜTB.AZ xəbər verir ki, Fransisk ənənəvi “Angelus” duası zamanı Milad bayramı ilə əlaqədar dinc insanlara təsir edən müharibə zonalarında atəşkəs çağırışı edib.
“Qoy silahlar sussun və Milad mahnıları səslənsin! Milad bayramında bütün müharibə cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs üçün dua edək”, - deyə Roma Papası vurğulayıb.
O, insanları müharibə və zorakılıqdan əziyyət çəkənlər üçün dua etməyə çağırıb, münaqişə zonalarında günahsız azyaşlı uşaqların məruz qaldıqları qəddarlığı pisləyib.
Qeyd edək ki, Papa Fransisk soyuqdəymə səbəbindən “Angelus” duasını iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.