Qadınlar özləri üçün doğru kişi axtardığı kimi, kişilərində qadınlarda axtardığı bir sıra xarakterik xüsusiyyətlər var.
Bəs kişilər hansı qadınları bəyənir?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, kişilər ilk olaraq xarici görünüşə fikir verirlər.
“Lakin bir çox qadın artıq süni gözəldir və bir müddət sonra kişilər bu süni gözəllikdən bezir. Məhz bu baxımdan, qadınlar bir sıra xarakterik xüsusiyyətləri ilə kişiləri özlərinə bağlaya bilərlər. Kişilər iradəsi olan qadınlara heyranlıqla baxırlar. Qadın yeri gələndə yox deməyi bacarmaldır, kişinin hər istəyinə hə deyən qadınlar bir müddət sonra dəyərsizləşir. Özünə güvənən qadınlar daim kişilərin diqqətini cəzb edir. Belə qadın kişinin azadlığına məhdudiyyət qoymur və ona sərhədsiz, azad mühit yaradır. Təcrübə göstərir ki, kişilərə azadlıq verən qadınlar onları daha tez özlərinə bağlaya bilirlər. Belə olan halda, kişi qadının gözəlliyindən daha çox ağlına aşiq olur”.
Psixoloq diqqətə çatdırb ki, başqalarına bənzəməyən, özünəxas xarekterik xüsusiyyətləri olan qadınlar kişilərin diqqətini daha çox cəzb edir.
“Fərqli olan hər şey kəşf edilməyə layiqdir. Təbiiliyi ilə seçilən qadınlar daima öndədir”.