Tramvay yollarının təmiri ilə əlaqədar Sankt-Peterburq şəhərinin Sadovaya küçəsi boyunca hərəkət məhdudlaşdırılacaq.
QÜTB.AZ “Rosbalt”a istinadən xəbər verir ki, avqust ayı ərzində Sankt-Peterburqun mərkəzindəki Sadovaya küçəsi bağlanacaq. Dövlət İnzibati-Texniki Müfəttişliyindən bildirilib ki, tramvay relslərinin təmiri ilə əlaqədar küçə boyu hərəkət məhdudlaşdırılacaq.
Qeyd olunub ki, yeni məhdudiyyətlər iyulun 29-dan avqustun sonuna kimi qüvvədə olacaq.
Belə ki, avqustun 27-dək Sadovaya küçəsi ilə Nevski prospektindən İnjenernaya küçəsinə qədər, İnjenernaya və İtaliya küçələri ilə kəsişmələr də daxil olmaqla avtomobillərin hərəkəti tamamilə bağlanacaq. Eyni müddətə məhdudiyyətlər Sadovaya ilə Nevski prospektinin kəsişməsində və Qriboyedov kanalının sahili boyunca - Konyuşennaya meydanından Nevski prospektinə qədər ikitərəfli hərəkətin təşkili ilə də tətbiq olunacaq.