Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə birmərtəbəli fərdi yaşayış evinin giriş qapısını açmaqla mənzilə daxil olaraq nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü azyaşlını xilas ediblər.