İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı lideri Co Baydenə səs verməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, Mask bu barədə “X” sosial hesabında yazıb:
"Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm".
Belə ki, milyarder 2023-cü ilin mayında dərc olunmuş CNBC telekanalına müsahibəsini şərh edib. Orada Mask 2020-ci il seçkilərində Baydenə səs verdiyini bildirib.
Keçən il aprelin 25-də Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək üçün mübarizə aparacağını bəyan etdi. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən keçmiş ABŞ prezidenti Donald Trampla rəqabət apara bilər.
Tural