Dağıstanda yeddi yaşlı oğlan oyun zamanı beş yaşlı qardaşını pnevmatik tüfənglə vurub.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin respublika prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə Noqay rayonunun Çervlennıye Burunı kəndində baş verib.
Bildirilib ki, uşaq aldığı xəsarətlərdən vəfat edib.
İnsidentlə bağlı araşdırma aparılır.