07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ferdi Tayfurun dəfnində qalmaqal: söyüş söydülər, mübahisə etdilər

04 yan 2025 21:00
GÜNDƏM
ads

79 yaşında dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun dekabrın 4-də dəfn mərasimi baş tutub.

Mərasimə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul valisi Davud Gül və çox sayda siyasi və məşhur adlar da qatılıb.

Lakin mərasim zamanı qalmaqal yaşanıb.

Bu barədə QÜTB.AZ Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Tayfurun küsülü olduğu qızı Tuğçe Tayfur ilə atasının həm qardaşı oğlu, həm də meneceri olan Şirin Gözalıcı arasında tabutun başında mübahisə baş verib.

"Sən bura gəlməyəcəksən. Sənin üzündən öldü", - deyə Gözalıcı Tuğçe Tayfura qışqırıb.

Qadın ağlamağa başlayıb.

Bununla bağlı yayılan videogörüntülərdə Tuğçe ilə Şirinin bir-birilərinə söyüş söydüyü kadrlar əks olunub. (Oxu.Az)

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur