Türkiyənin İstanbul şəhərində dəhşətli hadisə baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Beşiktaş bölgəsində qayadan qopan daşlar yuvarlanaraq evlərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə evə çox ciddi ziyan dəyib. Ancaq xoşbəxtlikdən zərərçəkən olmayıb.
Ehtimallara görə, hadisəyə səbəb günlərdir davam edən leysan yağışları səbəbindən torpağın yumşalmasıdır.
Hadisə yerinə səhiyyə, xilasetmə və polis qrupları sövq edilib.
Ətrafda təhlükəsizlik tədbirləri görülüb, qayaların yenidən yuvarlanması ehtimalı ilə bəzi evlərin sakinləri təxliyə edilib.
Milli.Az