İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpüdə şübhəli maşın olduğu üçün hərəkət dayandırılıb.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi, həmçinin bomba zərərsizləşdirmə qrupları göndərilib.
İstanbul valiliyindən verilən açıqlamada kimliyi naməlum şəxsin körpüdə təknəfərlik aksiya keçirdiyi bildirilib. Hazırda həmin şəxslə danışıqlar aparılır. Danışıqlar nəticə verməsə, əməliyyat keçiriləcək.