Dünya ABŞ milyarderi Ceffri Epştein davasında açıqlanan sənədlərlə sarsılır. Onun illər ərzində qurduğu fahişəlik, cinsi istismar, insan alveri və pedofiliya şəbəkəsi ilə məşğul olanlar açıqlanan sənədlərlə ifşa olunur.
Publika.az xəbər verir ki, məxfilik qərarı ləğv edildikdən sonra ictimaiyyətə açıqlanan sənədlərdə Şahzadə Endryu, Bill Klinton və Donald Tramp kimi adlar yer alıb. Epşteynin bütün sərvətlərini sionistlərlə qurduğu şəbəkə vasitəsilə əldə edən İsrailin keçmiş baş naziri Ehud Barakla yaxın əlaqələri ortaya çıxıb. Sionist lobbisi ilə əl-ələ verib pedofiliya və orqan alveri şəbəkəsi quran Epştein davasında Türkiyə ilə bağlı qan donduran etiraf edilib.
Epşteinin ən yaxın dostlarından biri qaçırılan türk uşaqların Epşteinin cinsi istismarı qullarına çevirdiyini söylədi. Sözügedən uşaqların 1999-cu ildə Yalova zəlzələsindən sonra itən uşaqlar olduğu iddia edilib.
1999-cu il zəlzələsindən sonra Türkiyəyə gələn və dünya agentliklərinə fotoşəkillər verən Klinton ABŞ-a qayıtdıqdan sonra zəlzələ bölgəsində bəzi uşaqların itdiyi bildirilir. 17 avqust 1999-cu il zəlzələsindən sonra bütün Türkiyəni matəmə qərq edən itkin uşaqların ailələrinin fəryadları illərdir səngimirdi. Geridə qoyduğu bir çox sual işarələri ilə “zəlzələnin itmiş uşaqları” kimi yadda qalan uşaqlar Marçinkonun etirafından sonra yenidən gündəmə gəlib. Bill Klintonun zəlzələ bölgəsinə səfərindən dərhal sonra yoxa çıxan uşaqların Marçinkonun “Türkiyədən uşaqları qaçırmışıq” etirafı ilə əlaqəli olduğu ehtimal edilir.
Ortaya çıxan sənədlərdə Barakın 2013-2017-ci illərdə Epşteinin Nyu Yorkdakı evinə tez-tez baş çəkdiyi görülüb. ABŞ-ın vergi hesabatlarına görə, Barak ABŞ milyarderi Lesli Veksner tərəfindən qurulan yəhudi işlərinə dəstək verən Vexner Fondundan on il ərzində təxminən 2 milyon dollar qrant alıb. Epştein həmin vaxt fondun qəyyumlar şurasında idi. Məlumdur ki, Epşteyn sevgilisi Qisleyn Maksvel vasitəsilə sionist lobbisi ilə sıx əlaqələrini gücləndirib. Keçmiş İsrail kəşfiyyatçısı Ari Ben-Menaşe 2020-ci ildə verdiyi açıqlamada Ghislaine Maxvellin atası Robert Maxvellvə Epşteinin İsrail agentləri olduğunu və bütün bu qalmaqalların Mossad üçün məlumat toplamaq və məşhur adları şantaj etmək üçün edildiyini iddia etdi.
Menaşe Şahzadə Endrünün aldadıldığını və məşhur adları Epşteynə gətirmək üçün istifadə edildiyini iddia etməklə yanaşı, İsrailin keçmiş baş naziri Barakın hadisələrdən xəbərdar olduğunu da iddia edib. Keçmiş əmək naziri Aleksandr Akostanın Epşteinin kəşfiyyat üçün çalışdığını dediyini xatırladan Ben-Menaşe, bu kəşfiyyatın İsrail üçün olduğunu ifadə edib.
Ortaya çıxan sənədlərdə Epsteinin cinsi istismarına məruz qalanlar arasında bir türk qadının da olduğu ortaya çıxıb. ABŞ-da yaşayan və 2006-cı ildə Cefri Epştein ilə müdirinin evində tanış olduğunu bildirən türkiyəli qadın həmin vaxt 26 yaşında olduğunu və gözəllik salonunda işlədiyini bildirib. Türkiyəli qadın ifadəsində "Saçını kəsdirmək üçün evə getdiyim zaman Epştein çılpaq idi. Epşteyn şəriki və keçmiş sevgilisi Ghislaine Maxwellin yanında mənə təcavüz etdi. Pasportumu əlindən aldı", - deyib.
8 yaşlı oğlunun gözü qarşısında zorlandığını bildirən türkiyəli qadına Ghislane Maxwell deyib ki, polisə getsə, timsahlara yem olacaq.
Aysel Şahmar