ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıçla telefonla danışıb.
Publika.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, onlar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əhəmiyyətini vurğulayıblar. Həmçinin Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılmasını alqışlayıblar.
Məlumata görə, Sallivan HƏMAS-ın girov müqaviləsinin bir hissəsi kimi İsrailin təklifini qəbul etməsi və dərhal atəşkəs yaratması üçün təcili ehtiyac olduğunu vurğulayıb. Tərəflər həmçinin ikitərəfli gündəliyə dair məsələləri, o cümlədən terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq və sanksiyalara əməl olunmasını müzakirə ediblər.
Adəm Abbaslı