Cərimələnməmək üçün bəzi sürücülər qanundan kənar əməllərə əl atırlar.
QÜTB.AZ xəbər verir ki, onlar dövlət qeydiyyat nişanlarına müdaxilə etməklə cərimələrdən yayınmağa çalışırlar.
Eyni zamanda, digər sürücülərə də təhlükə yaradırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, bu kimi qaydanı pozan sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7 -ci maddəsinə uyğun olaraq, 4 cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Ətraflı İTV-nin süjetində: