25.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Ərdoğanla Əhməd əl-Şaraa 1 saat yarım nələrdən danışdılar...

24 may 2025 22:00
DÜNYA
ads

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb.

Qutb.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Liderin 1,5 saat davam edən söhbəti zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə həmçinin Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.

Ərdoğan Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini qeyd edib.

Suriya Prezidenti də Ərdoğana sanksiyaların aradan qaldırılmasında göstərdiyi dəstəyə və səylərə görə təşəkkür edib.

***

16:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

Qutb.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyəyə gələn Suriya nümayəndə heyətinə xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat təşkilatının rəhbəri də daxildir.

Görüş İstanbulda baş tutub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur