Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.
Publika.az xəbər verir ki, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.
xxx
23:00
Ağstafada toy mərasimində zəhərləndiyi deyilən şəxslərin kimliyi məlum olub.
Publika.az zəhərlənənlərin adlarını təqdim edir:
2008-ci il təvəllüdlü N.Həsənov,
2010-cu il təvəllüdlü S.Quliyev,
1986-cı il təvəllüdlü K.Quliyeva,
1982-ci il təvəllüdlü S.Ələsgərova,
2007-ci il təvəllüdlü N.Həsənov,
1999-cu il təvəllüdlü İ.Hüseynov,
1995-ci il təvəllüdlü S.Məmmədlidir.
xxx
22:00
Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib. Onlara tibbi yardım göstərilir.
Onarın rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.